Qardaşın diqqətsizliyi bacısının ölümü ilə nəticələndi
30 Oktyabr 2012 13:44 KriminalQardaş özündən asılı olmadan bacısının ölümünə bais oldu.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, ailə faciəsinə Göyçay rayonunun Qarabaqqal kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi səbəb olub.Oktyabrın 29-da saat 11:00 radələrində kənd sakini Tariyel Cavadov idarə etdiyi "Mercedes E-230" markalı avtomaşını yolun kənarındakı ağaca vurub. Nəticədə ssürücünün bacısı Aysel Əhmədova hadisə yerində ölüb, xəsarət almış özü isə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31