Moskvada erməni “qanuni oğru”lar tutuldu
Cinayətkar qrup Rusiya ərazisinə narkotik maddə nəqli ilə məşğul olub
30 Oktyabr 2012 11:47 KriminalMoskvada dünən polis "oğru yığıncağı"nı dağıdıb və beş kriminal "avtoritet"i tutub. Bu barədə ANS PRESS "İnterfaks"a istinadən bildirir. Moskva restoranlarından birində keçirilmiş xüsusi əməliyyat zamanı polis Ermənistan əsilli iki nəfəri saxlayıb: bunlar Artyom Lipetski ləqəbli Artyom Arakelyan və Surençik ləqəbli Suren Avetisyan olublar. Onların hər ikisi "qanuni oğru" statusundadır və Rusiya ərazisinə narkotiklər göndərən cinayətkar qruplaşmada fəaliyyət göstəriblər.
Faktla bağlı cinayət işi qaldırıblar.
Başqa tutulanlar barədə hələ ki, heç nə bildirilmir.
Qeyd edək ki, yalnız Rusiyada deyil, hətta Amerikada da erməni cinayətkar qruplaşmalarının artmasını ilk öncə Ermənistanın hakimiyyət sahiblərinin öz kapitallarını etibarlı şəkildə gizlətməsi ilə bağlayırlar. Sadə insanların isə heç nəyi yoxdur, onlardan heç nə oğurlamaq mümkün deyil və bu ölkədə belə insanlar böyük əksəriyyəti təşkil edir.