Bakıda ev partladı, yaralılar var

Hadisəyə səbəb qaz sızması olub

Bakının Suraxanı rayonu ərazisində güclü partlayış olub.Rayon Polis İdarəsindən milli.az-a verilən məlumata görə, Yeni Suraxanı qəsəbəsi, Samir Əliyev küçəsində yerləşən fərdi yaşayış evi partlayıb. Nəticədə evdə olan iki nəfər xəsarət alıb.
Hadisəyə səbəb qaz sızması səbəb olub. Sızma nəticəsində alovlanma olub və ev sahibləri xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31