Qara magiya ilə məşğul olan qadın intihar etdi

Bakıda 53 yaşlı qadın özünü hündürlükdən ataraq intihar edib.Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə rayonun Lökbatan qəsəbəsində qeydə alınıb.Lökbatan sakini, 1959-cu il təvəllüdlü Ömərova Svetlana Ömərovna yaşadığı binanın 5-ci mərtəbəsindən özünü atıb. O, aldığı xəsarətlə xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişib.Polisdən həmçinin bildirilib ki, S.Ömərova qara magiya ilə məşğul olurmuş. Onun intihar etməsinə də bu səbəb olub. Belə ki, mərhum ölməzdən xəstəxanada polisə verdiyi ifadəsində onu intihara qara qüvvələrin vadar etdiyini deyib.Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31