Bakıda 53 yaşlı qadın özünü hündürlükdən ataraq intihar edib

Qaradağ rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, oktyabrın 29-dan 30-na keçən gecə, saat 04:00 radələrində Lökbatan qəsəbəsi, Nizami küçəsi ev 25, mənzil 20-də yaşayan 1959-cu il təvəllüdlü Svetlana Ömərova özünü yaşadığı evin pəncərəsindən ataraq intihar edib.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda cinayət işi başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31