Bakıda polisi bıçaqlamış şəxs həbsxanada ölüb

Bu gün Penitensiar Xidmətin Müalicə Müəssisəsində ölüm hadisəsi baş verib. Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, istintaq müddətində həbsdə olan 1978-ci il təvəllüdlü Zeynalov Mansur Qərib oğlu ağır vəziyyətdə müəssisəyə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, M.Zeynalov Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsinin müxtəlif bəndləri ilə şübhəli bilinərək saxlanılıb. O, 2 ay əvvəl polis tərəfindən yaxalanarkən müqavimət göstərib və Xəzər rayon polis İdarəsi 3-cü Polis Bölməsinin rəis müavinini bıçaqlayıb. Daha əvvəl isə o, Azərbaycanda və Rusiyada həbsxana həyatı da yaşayıb.
İlkin məlumata görə, M.Zeynalov ağciyər xəstəliyindən ölüb.
Fakt üzrə araşdırmalar davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31