Saatlıda 14 yaşlı oğlan zorlandı!

Salyan rayon məhkəməsində 14 yaşlı şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə ittiham olunan Saatlı rayon sakininin işi üzrə məhkəmə prosesi başa çatıb. "OLAYLAR"ın məılumatına görə, hakim Şahin Quliyevin sədrliyi ilə keçirilən prosesdə iş araşdırılıb  və təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs  3 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, Saatlı rayon sakini E. Q. həmyerlisi, 14 yaşlı oğlanı hədələyərək mütəmadi olaraq onunla cinsi əlaqədə olub. İlk dəfə onunla hədə-qorxu yolu ilə cinsi əlaqədə olan E. Q. 14 yaşlı uşaqdan bu barədə ailə üzvlərinə xəbər verməməsini istəyib. Azyaşlının susmasından istifadə edən E. Q. dəfələrlə onunla cinsi əlaqədə olub. E. Q. hədə-qorxusundan bezən zorlanan uşaq sonuncu dəfə cinsi əlaqədə olandan sonra bu barədə ailə üzvlərinə danışıb. Oğlanın ailə üzvləri baş verənlərlə bağlı Saatlı rayon Polis Şöbəsinə məlumat veriblər.  Məlumat əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində E. Q. həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri), yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlayıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31