Qadının daxili orqanında narkotik vasitə aşkarlanıb
29 Oktyabr 2012 15:14 KriminalBiləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Xəyalə Xatina saxlanılaraq onun üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, yoxlama zamanı onun daxili orqanından 2 ədəd bükümdə, ümumi xalis çəkisi 1,596 qram olan narkotik vasitə - heroin aşkar edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31