İqtisad Universitetinin dələduz müəlliməsinin məhkəməsi başladı
11 May 2012 19:47 KriminalBakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə dələduzluqda ittiham olunan universitet müəlliməsi Sənəm Mehdiyevanın işi üzrə məhkəmə prosesi başlayıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Prosesdə zərərçəkmişlər ifadə verib. Zərərçəkmişlər Sənəm Mehdiyevanın onlardan külli miqdarda pul aldığını təsdiqləyib. İş üzrə növbəti məhkəmə prosesi mayın 17-ə təyin edilib.
Qeyd edək ki, təqsirləndirilən Sənəm Mehdiyeva Azərbaycan İqtisad Universitetinin müəlliməsi işləyib və işlədiyi dövrdə ali məktəblərə qanunsuz tələbə qəbulu adı ilə vətəndaşlardan külli miqdarda pul alıb mənimsəyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31