Ağcabədidə ana oğlunu bıçaqlayanın qanını tökdü
29 Oktyabr 2012 13:05 KriminalAğcabədidə iki ailə arasında baş verən dava nəticəsində 3 nəfər bıçaqlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə oktyabrın 29-da Ağcabədi rayonunun Şənlik kəndində baş verib. Kənd sakini Rafayel Məlikov münaqişə zəminində həmkəndlisi İldırım Kamalova bıçaqla xəsarət yetirib. Bununla əlaqədar hadisə yerinə gələn İ.Kamalovun anası Aybəniz, R.Məlikova bıçaqla qol nahiyəsindən xəsarət yetirib. R.Məlikov Ağcabədi RPŞ əməkdaşları tərəfindən tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31