“Azərros” şirkətinin prezidentinin qatilləri məhkəmə qarşısında

Bakı Ağır Cinahyətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə Bakının mərkəzində "Azerross" şirkətinə silahlı basqın etməkdə təqsirləndirilən mütəşəkkil cinayətkar dəstənin işi üzrə məhkəm prosesi başlayıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Prosesdə iş üzrə məhkəmənin hazırlıq iclası keçirilib və təqsirləndirilən şəxslərə qarşı ittiham aktı elan olunub. İş üzrə məhkəmənin ilkin baxış prosesi mayın 18-ə təyin edilib.
Qeyd edək ki, dəstə üzvləri Hümmət Məmmədov, Tofiq Bəkirov, Fərman Hacıyev, Vusal Qurbanov və Sahil Şamilov Bakinın Nərimanov rayonu, Temur Əliyev küçısində yerləşən "Azərros" şirkətinə silahlı basqın edərək şirkətin rəhbərini qətlə yetirib, müəssisənin iki əməkdaşını isə güllələyib ağır xəsarət yetirməkdə təqsirləndirilir.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31