Bakıda 2 yaşlı uşaq boğuıub öldü
29 Oktyabr 2012 12:40 KriminalBinəqədi rayonunda 2 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə oktyabrın 27-də baş verib. Rayon ərazisində yaşayan 2010-cu il təvəllüdlü Cahangir Salamov yaşadığı evin həyətindəki su hovuzuna düşüb. Ailə üzvləri hadisədən gec xəbər tutduğundan 2 yaşlı uşağın həyatını xilas etmək mümkün olmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31