Bakının ən böyük bazarında qan töküldü

Bakının Nizami rayonunda yerləşən məşhur bazarda qan tökülüb.Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, ötən gün saat 11 radələrində "8-ci kilometr" bazarında 46 yaşlı İmran Cabbarov bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirlib. Polis qısa zaman ərzində onu bıçaqlamaqda şübhəli bilinən 35 yaşlı Cavid Mustafayevi saxlayıb. Əvvəllər həmin bazarda ticarətlə məşğul olmuş Cavid Mustafayev ilkin dindirmə zamanı hadisəni sərxoş vəziyyətdə törətdiyini deyib.
Onun ifadəsindən məlum olub ki, C.Mustafayev hadisədən əvvəl tanışı İmranın yanına gedib. Onunla birlikdə spirtli içki qəbul edib. Sonra isə mübahisələri düşüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31