Bulvarda insan cəsədi tapılıb

Dalğıc-xilasediciləri cəsədi sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər

Bakı bulvarında insan cəsədi tapılıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, FHN-ə Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Parkda dənizdə insan cəsədinin olması barədə məlumat daxil olub.Nazirliyin dalğıc-xilasediciləri cəsədi sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31