Türkiyədən Azərbaycana gizli yolla gətirilən külli miqdarda qızıl-zinət əşyaları aşkarlanıb
26 Oktyabr 2012 19:40 KriminalDövlət Gömrük Komitəsindən cümə günü Trend-ə bildiriblər ki, Tovuz Gömrük idarəsinin "Sınıq Körpü" postunda Türkiyədən azərbaycana sərnişin dəhlizi ilə gələn Azərbaycan vətəndaşı Nazilə Veysəlovanın üzərində şəxsi yoxlama zamanı ümumi çəkisi 240 qram olan zinət əşyaları - 47 ədəd üzük, 30 cüt sırğa və 3 ədəd qolbağ gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar edilib.Faktla bağlı təhqiqat aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31