Xuliqan dostlar ələ keçib
28 Mart 2016 15:45 KriminalKəpəz rayonunda bıçaqlama hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, Kəpəz rayonu ərazisində Qəbələ rayon sakinləri Əkbər Əliməmmədli və Şahmurad Abbasov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilib. Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Gəncə şəhər sakinləri Atilay Quliyev və Pərvin Şiraslanov tutulub. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31