Nardaranda silsilə oğurluqlar törədən qrup zərərsizləşdirilib

Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Nardaran qəsəbəsinin ərazisində Bakı şəhər sakini Namiq Fərəcullayevə məxsus evdən pəncərədən girmək yolu ilə tikinti, elektrik və geyim əşyaları oğurlanıb.Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən paytaxt sakinləri - Qəhrəman Quliyev, oğlu Əmrah, Hüseyn Əsədov və Zahid Cəbrayılov tutulublar. Onların İlqar Ağayevə və Rüstəm Tanrıverdiyevə məxsus evlərdən, habelə martın 22-nə keçən gecə Nardaran qəsəbə sakini İmaməddin Tapdıqovun həyətindən oğurluq etdikləri müəyyənləşdirilib.Faktla bağlı araşdırma aparılır.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31