Bakıda bina yandı: sakinlər təxliyə edildilər

Ötən gecə Bakı şəhəri, Səbail rayonunda, ikimərtəbəli binanın 2-ci mərtəbəsində, ümumi sahəsi 35 kv.m olan 2-otaqlı mənzilin yanar konstruksiyaları yanıb.Milli.Az FHN-in saytına istinadən bildirir ki, yanğın zamanı 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyə edilib. Digər mənzillər yanğından mühafizə olunub. Yanğın saat 04:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31