Bakının məhşur ticarət mərkəzində qızıl oğrusu yaxalandı

Bakının məhşur ticarət mərkəzində oğurluq hadisəsi baş verib. Bu barədə "OLAYLAR"a Daxili İşlər Nazirliyindən məlumat veriblər. Hadisə oktyabrın 23-də Nəsimi rayonu ərazisindəki "Moskva" ticarət mərkəzində baş verib. Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Viktoriya Kotlyar Novxanı qəsəbə sakini Vüsal Abdullayevə məxsus qızıl əşyalarını oğurlamağa cəhd göstərərkən Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31