Sankt-Peterburqda məşhur iş adamının qətli faktı ilə bağlı cinayət işi açılıb
Axtarışda olan Rusiya vətəndaşı Bakıda tutulub
24 Oktyabr 2012 09:46 KriminalRusiyanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan azərbaycanlı tutulub.Rusiya Daxili İşlər Nazirliyi 34 yaşlı iş adamı və Sankt-Peterburqda yerləşən "Kişmiş" restoran şəbəkələrinin müdüri Əfqan Rəsulovun qətli faktı ilə bağlı cinayət işi açıb.Rusiya DİN-in saytına istinadən verilən məlumata görə, 26 oktyabr gecəsi Rusiya DİN-in Sankt-Peterburq və Leninqrad şöbəsinin baş idarəsinə bir qadının zorla evdə saxlanılması haqqında məlumat daxil olub. Mənzilin qapısını qıranda, evin dəhlizinə bir kişi çıxıb və polis əməkdaşlarına atəş açıb. Atəşə cavab olaraq hücüm edən şəxs öldürülüb. Öldürülən şəxs Əfqan Rəsulov olub.Mənzildə iş adamının 32 yaşlı qardaşı tutulub.Rusiya KİV-lərinin verdiyi məlumata görə, atəş travmatik tapancadan atılıb, Əfqan Rəsulov isə üç qüllə atılması nəticəsində öldürülüb.