Dəhşətli qəza: ata və ana öldü, iki uşaq ağır yaralandı

Ağdamda baş verən ağır yol qəzasında ata və ana ölüb, iki azyaşlı uşaq ağır xəsarətlər alıb.

Hadisə Ağdam rayonun Xındırıstan kəndində baş verib. Ağdam rayon sakini, 1978-ci il təvəllüdlü Muxtarov Zahir Tahir oğlu idarə etdiyi "VAZ 2106" markalı avtomaşını sürət həddini aşma nəticəsində yol kənarındakı ağaclara çırpıb. Nəticədə Z.Muxtarov və həyat yoldaşı, 1983-cü ildə anadan olmuş Muxtarova Bahar Manaf qızı ağır vəziyyətdə Ağdam Mərkəzi Rayon Xəstəxanasına aparılsa da, yolda keçiniblər. Maşında olan digər sərnişinlər - sürücünün qardaşı Anar Muxtarov, sürücünün iki və üç yaşlarındakı qızları Nəzrin və Nərmin Muxtarovalar xəstəxanaya yerləşdiriliblər.
Həkim nəzarətində olan Anar Muxtarov hadisənin yüksək sürət ucbatından törədildiyini deyib. İlkin tibbi yardım göstərilən uşaqlardan birinin ağır kəllə-beyin travması aldığı bildirilir.Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31