Bakı İstintaq Təcridxanasında ölüm hadisəsi
11 May 2012 16:34 KriminalMayın 11-də Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında ölüm hadisəsi baş verib.Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234-cü maddəsi (narkotik vasitə) ilə məhkum edilmiş 1972-ci il təvəllüdlü Cəlilov Hacıbala Paşa oğlu ölüb. Məlumata görə, H.Cəlilovun vəziyyəti qəfildən pisləşib. Çox keçmədən 40 yaşlı məhbus dünyasını dəyişib. Faktla əlaqədar araşdırma aparılır. Meyit tibbi ekspertizadan keçirilməsi üçün göndərilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31