Bakı-Şamaxı yolunda ağır qəza: ölənlər var

Bakı-Şamaxı yolunun 34-cü kilometrliyində ağır yol qəzası baş verib.

lent.az  bildirir ki, magistral yolun Abşeron rayonundan keçən hissəsində 1964-cü il təvəllüdlü Musayev Mehman Mirağa oğlunun idarə etdiyi "VAZ 2106" markalı, 10 EJ 521 nömrə nişanlı avtomobillə, 1966-cı il təvəllüdlü Şıxəliyev Mayis Ağazər oğlunun sürdüyü "Mercedes" markalı, 99 DV 462 dövlət qeydiyyatlı avtomobil toqquşub. Nəticədə "VAZ 2106"nın sürücüsü və sərnişini, 1975-ci il təvəllüdlü İbrahimov Elnur Həsən oğlu aldıqları ağır bədən xəsarətlərindən vəfat ediblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində cinayət işi açılıb, araşdırma aparılır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31