Universitet müəlliminin evindən çoxlu brilyant oğurlanıb
23 Oktyabr 2012 16:47 KriminalGəncə şəhərində mənzildən xeyli qızıl-brilyant oğurlanıb.Gəncə şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, İsgəndərov küçəsi 67 ünvanında yaşayan 1967-ci il təvəllüdlü Muxtarov Namiq Həsənqulu oğlu şikayət ərizəsi ilə müraciət edib. O bildirib ki, evində dayəlik edən Maya adlı qadın mənzildən 3 ədəd brilyant qaşlı üzük, qızıl boyunbağı, xeyli kulon və qızıl beşlikləri götürərək aradan çıxıb. N.Muxtarov həmin qadının onda olan əlamətlərini və koordinatlarını polisə verib. Hazırda oğurluqda şübhəli bilinən qadının axtarışları həyata keçirilir.
Verilən digər məlumata görə, dayənin əməlindən zərər çəkmiş N.Muxtarov Gəncə Dövlət Universitetində işləyir. O, universitetin İnformatika kafedrasının müəllimidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31