Bakıda iki kriminal avtoritet silahla yaxalandı
23 Oktyabr 2012 16:33 KriminalBakıda iki silahlı şəxs yaxalanıb. Bu barədə "OLAYLAR"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Məmməd Hüseynovdan 1 ədəd "Makarov" markalı tapança, 1 ədəd patron darağı, 5 ədəd patron və Fikrət Rəhimovdan 1 ədəd "Makarov" markalı tapança, 1 ədəd patron darağı və 7 ədəd patron götürülüb.
"OLAYLAR"ın məlumatına görə, saxlanılan şəxslər kriminal avtoritetlərdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31