Binəqədidə qətl törədib qaçdı
11 May 2012 16:15 KriminalMayın 10-da Binəqədi rayonu ərazisində qətl hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə münaqişə zəminində baş verib. Rayon ərazisində yaşayan Bakı şəhər sakini Seyran Meybullayev münaqişə zəminində Nəriman Məmmədovu bıçaqlayıb. Yaralı aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Qətli törədən S.Meybullayev hadisə yerindən qaçıb. İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri Binəqədi RPİ tərəfindən aparılır. Hazırda qatilin tutlması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31