Astarada 13 yaşlı uşaq su anbarında çimərkən boğulub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə mayın 10-da Astara rayonunun Kicəbə qəsəbəsi ərazisində baş verib. Rayon sakini 13 yaşlı Vüsal Rəhmanov su anbarında çimərkən boğulub. V.Rəhmanovun meyiti sudan çıxarılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31