İki cəzaçəkmə müəssisəsinin rəisi dəyişdi

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 cəzaçəkmə müəssisəsində rəis dəyişikliyi olub.Penitensiar Xidmətdən  verilən məlumata görə, 1 saylı Cəzaçəkmə Müəsissəsinin rəisi Qəhrəman Qurbanov vəzifədən azad edilib. O, 11 saylı müəssisəyə rəis təyin edilib.Penitensiar Xidmətin rəisi Mədət Quliyevin digər əmri ilə 11 saylı CM-nin rəisi Fikrət Qafarov 1 saylı müəssisəyə rəis təyin olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31