Astara sakinindən yarım kilo heroin götürüldü

Bakıda heroin alveri edən Astara rayon sakini külli miqdarda heroinlə birlikdə yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, heroin alverçisini Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları yaxalayıb. İdarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Astara rayon sakini Fərhad Ağayevdən 500 qram heroin götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31