Yevlax şəhərində ikimərtəbəli kommunal tipli yaşayış binasının 1-ci mərtəbəsində yaşayan vətəndaşa məxsus mənzildə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın zamanı ümumi sahəsi 65 kv.m olan 3 otaqlı mənzilin 2 otağının yanar konstruksiyaları 40 kv.m sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31