Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, hazırda təmir olunan, hər mərtəbəsi 400 kv.m olan üçmərtəbəli mansard tipli fərdi yaşayış evinin mansardının yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Fərdi yaşayış evinin qalan hissəsi yanğından mühafizə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31