Zəlzələni bilməyən mütəxəssislərə həbs-ŞOK!
İtaliyada zəlzələni əvvəlcədən bilməməkdə günahlandırılan mütəxəssislərə 6 il həbs verildi
23 Oktyabr 2012 13:14 KriminalTürkiyə mətbuatının məlumatına görə İtaliyada 2009-cu ildə 309 nəfərin ölümü ilə nəticələnən 6.3 bal gücündə zəlzələni əvvəlcədən bilməməkdə günahlandırılan 7 mütəxəssisə 6 il həbs cəzası verilib. Böyük Risklər Komissiyasının üzvü olan mütəxəssislər qəsdən adamöldürmə və laqeydlik maddələri ilə günahlandırılıblar. "Cinayətkarlar" cəzalarını Laquila şəhərindəki həbsxanalardan birində çəkəcəklər. Həbs olunan mütəxəssislər bunlardır: Franko Barber, Enzo Boş, Mauro Dolçe, Bernardo de Bernardinis, Julio Selvaqqi, Klaudio Eva və Canmikel Kalvin. (OLAYLAR) İA
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31