Azərbaycanlı tələbə Türkiyədə bıçaqlandı
23 Oktyabr 2012 11:17 KriminalTürkiyədə azərbaycanlı tələbə bıçaqlanıb. Femida.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Balıkesirdə baş verən hadisədə azərbaycanlı tələbə də daxil olmaqla 4 nəfər iştirak edib. Gənc şəxslər arasında Anafartalar küçəsində yaranan mübahisədə onlar bir-birini yumruqlayıb və təpikləyib. Polisin hadisə yerinə yaxınlaşdığını görüncə isə ərazidən qaçıblar. Lakin sonradan yenidən bir araya gələrək mübahisəni davam etdiriblər. Azərbaycanlı tələbə olduğu deyilən şəxs bıçaqlanıb, digər iki nəfəri polis saxlayıb, bir nəfər qaçıb. Hazırda polis qaçan şəxsi axtarır.
Adı açıqlanmayan azərbaycanlı tələbə xəstəxanadadır, onun həyatına təhlükə olmadığı bildirili
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31