Beynəlxalq Bankın sabiq filial direktoru "ev dustaqlığı"na buraxıldı
26 Fevral 2016 19:34 Kriminal"Azərbaycan Beynəlxalq Bank"ın Nəqliyyat filialının keçmiş direktoru Kənan Orucov azadlığa buraxılıb.
"Report"-un məlumata görə, bu gün Nərimanov Rayon Məhkəməsində onun barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.
Qeyd edək ki, K.Orucov 2015-ci ildə saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi il cinayət işi açılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31