Yevlaxda ev yandı
22 Oktyabr 2012 19:44 KriminalYanğın hadisəsinə qısa qapanma səbəb olub.Milli.Az EL TV-yə istinadən xəbər verir ki, oktyabrın 22-si saat 12:00 radələrində Yevlax şəhərinin Cəfər Cabbarlı küçəsi 2/1 ünvanında Sürəyya Məmmədovaya məxsus evdə yanğın hadisəsi baş verib. Qonşuların və küçə sakinlərinin səyinə baxmayaraq yanğını söndürmək mümkün olmayıb.
Hadisə yerinə Fövqəaldə Hallar Nazirliyinin Yevlax Yanğından mühafizə hissəsinin birqadası gəlib. Onların müdaxiləsi nəticəsində yanğının qarşısı alınıb və alovun ətrafa yayılmasına imkan verilməyib. Yevlax Yanğından mühafizə hissəsindən verilən məlumata görə, yanğın hadisəsinə qısa qapanma səbəb olub.
Onu da qeyd edək ki, hadisə zamanı evin böyük bir hissəsi və əşyalar yansa da, xəsarət alan olmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31