Azərbaycanda hərbi hissəni silahla tərk edən əsgər saxlanılıb

Azərbaycanda xidməti silahı ilə hərbi hissəni tərk edən əsgər saxlanılıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Goranboy rayonundakı "N" saylı hərbi hissədə xidmət edən əsgər, 18 yaşlı Kərim Mirsaleh oğlu İbrahimov ötən gecə Goranboy rayonu ərazisində saxlanılaraq hərbi hissəyə gətirilib.  Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, K. İbrahimov 2012-ci ilin yanvar ayında Lerik Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31