Bakıda inthar cəhdinin qarşısı alınıb
25 Fevral 2016 12:09 KriminalFövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda bir nəfərin intihar etmək məqsədi ilə yaşadığı binanın 12-ci mərtəbəsinin eyvanına çıxması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb. Vətəndaş aidiyyəti üzrə təhvil verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31