Azərbaycanlının divanından 62 min manat tapıldı
25 Fevral 2016 06:47 KriminalRusiyada narkotik vasitələrin satışında şübhəli bilinən qruplaşmanın 41 yaşlı azərbaycanlı üzvü tutulub. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, polis əməkdaşları Postişev küçəsində "Toyota" markalı maşınla alver edən şəxsi saxlayıb. Bildirilir ki, onun tutulmasına korrupsiyaya qarşı mübarizə, eyni zamanda cinayət-axtarış şöbəsinin əməkdaşları da cəlb edilib. Onun yaşadığı mənzildə aparılan axtarışlar nəticəsində maddi sübutlar, habelə üç milyon rubl (62 400 AZN) pul götürülüb. Saxlanan şəxs pulları mənzildəki divanın altında gizlədirmiş.Saxlanan şəxsin həyat yoldaşı da oxşar əmələ görə bir müddət əvvəl həbs olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31