Dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub
24 Fevral 2016 14:29 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Valeh Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə V. Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Yasamal Rayon Polis İdarəsi (RPİ) 29-cu Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, 2014-cü ilin iyul ayından Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1962-ci il təvəllüdlü Valeh Məmmədov tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31