Sevdiyi qızı qətlə yetirən gəncin məhkəməsi başladı
24 Fevral 2016 11:57 KriminalBakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan 1990-cı il təvəllüdlü Babək Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb. Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Cavid Hüseynov sədrlik edib. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı martın 3-nə təyin edilib.
Qeyd edək ki, qətl hadisəsi ötən ilin oktyabr ayında baş verib. 1990-cı il təvəllüdlü Babək Əliyev İlahə Yusubovanı qətlə yetirib. O, istintaqa ifadəsində bildirib ki, dəfələrlə tanışı İ.Yusubovaya evlilik təklifi edib, lakin heç vaxt qarşılıq almayıb. Keçən il oktyabrın 29-da B.Əliyev sevdiyi qızı metronun "Qara Qarayev" stansiyasının yaxınlığına görüşə çağırıb. Növbəti dəfə rədd cavabı alan B.Əliyev İ.Yusubovanı yerə yıxaraq ona 15 dəfə bıçaq zərbəsi endirərək qızı xüsusi amansızlıqla qətlə yetirib.