18 yaşlı qız boğazını kəsdi

Türkiyənin Aydın vilayətində yaşayan 18 yaşlı qız düşdüyü depressiya nəticəsində şüşə parçası ilə boğazını kəsərək intihar etməyə çalışıb.
Milli.Az Milliyet-ə istinadən bildirir ki, hadisə yerinə çağırılmış təcili yardım qrupu qızı xəstəxanaya aparıb.
Xəstəxanada isə qızın indiyədək iki dəfə biləklərini kəsməyə çalışdığı da məlum olub.
Liseyi başa vurandan sonra təhsili davam etdirməyən və atası dünyasını dəyişmiş qızın anasının dediyinə görə, o, səhərdən axşamadək otağından çölə çıxmırmış.
Dünən yenə də otaqdan çıxmayan qızını çağıran ana cavab almayanda qapını sındırıb otağa girib.
O, qızının boğazını kəsərək yerə yıxıldığını görüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31