Bakıda qadını öldürüb evini qarət edənlərə hökm oxundu - 39 il
23 Fevral 2016 17:14 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə Bakıda qadını qətlə yetirməkdə təqsirləndirilərək həbs edilən Muxtar Qədimov və Rüfət İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Trend-in məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə M.Qədimov 20 il, R.İsgəndərov isə 19 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə keçən il Şüvəlan qəsəbəsinin Almaz İldırım küçəsi, döngə 4, ev 16 ünvanında baş verib. Orada yaşayan Əzizə Həsənova mənzilində qətlə yetirilib. Evdən pul və qızıl zinət əşyalarının oğurlanması polisdə qətlin tamah məqsədilə törədilməsi ehtimalını yaradıb. Hadisədən bir neçə gün sonra qətlin törədilməsində şübhəli bilinən Xəzər rayon sakini 25 yaşlı M.Qədirov Şimal Qress qəsəbəsində kirayə tutduğu evdə yaxalanıb. Onun bu cinayəti sinif yoldaşı R.İsgəndərovla birgə törətdiyi məlum olub.