Dələduzluqda təqsirləndirlən şəxsə 8 İL HƏBS
23 Fevral 2016 15:59 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1972-ci il təvəllüdlü Faiq Qazıyevin cinayət işi üzrə məhkəmə yekunlaşıb.
Lent.az-ın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən F.Qazıyev 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Faiq Qazıyev Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilib. O, Bakı şəhər sakinlərinin etimadını qazanaraq onlara qarşı dələduzluq əməli törədib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31