DİN dənizdə tapılan meyitlə bağlı məlumat yaydı
22 Fevral 2016 17:32 KriminalDaxili İşlər Nazirliyi dünən Bakıda və Neftçalada dənizdən tapılan meyitlərlə bağlı məlumat yayıb. "Olaylar" Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 21-də Neftçala rayonunun Qoltuq kəndində, dənizdə üzərində zorakılıq əlamətləri görünməyən 50-55 yaşlı kişi meyiti tapılıb. Meyit Pataloji Anatomiya Birliyinin Salyan rayon şöbəsinə yerləşdirilib. Bundan başqa dünən Suraxanı rayonunun Hövsan qəsəbəsində, dəniz sahilində qəsəbə sakini Salman Qafarovun üzərində zorakılıq əlamətləri görünməyən suda boğulmuş meyiti tapılıb. Hər iki faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31