4 nəfər dəm qazından zəhərlənərək ölüb
22 Fevral 2016 17:29 KriminalDİN-dən verilən məlumata görə, Daşkəsən şəhər sakinləri Fəzail Məmmədov və arvadı Aybəniz Gəncə şəhərində yaşayan qohumlarının evində dəm qazından zəhərlənərək ölüblər. Həmçinin paytaxtın Yasamal rayonu ərazisində yaşayan Ələsgər Hacıyev və Toğrul İbrahimzadə mənzillərində dəm qazından zəhərlənərək ölüblər. Bundan başqa
Cəlilabad rayonunda yaşayan Ceyhun Ağaverdiyev dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmiş, vəziyyəti ağırdır. Hər üç faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31