Saxta əskinazla bazarlıq edən ifşa edilib

Astarada saxta əskinazla alış-veriş edən şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, Astara RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 20-də rayon sakini İlham Rüstəmova 1 ədəd 50 manatlıq saxta əskinas verərək alış-veriş etmiş Lənkəran rayon sakini Tural İmanov tutulub. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31