Azərbaycanda bu il yanğınlarda ölənlərin sayı artıb

Azərbaycanda bu ilin 9 ayı ərzində yanğın hadisələri zamanı 44 nəfər həlak olub, 62 nəfər xəsarət alıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Fövqəladə Hallar Nazirliyindən bildirilib.Ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanların sayı 7 nəfər və ya 19% çox, xəsarət alanların sayı isə 31 nəfər və ya 33% azdır.
Hesabat dövründə ölkə ərazisində 14 partlayış hadisəsi baş verib ki, bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 7 hadisə və ya 33% azdır. Partlayışlar zamanı 8 nəfər həlak olub, 11 nəfər xəsarət alıb.
Ümumilikdə, 2012-ci ilin 9 ayı ərzində respublika ərazisində 6646 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 882 hadisə və ya 15% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 60 nəfər həlak olub, 83 nəfər xəsarət alıb, 143 nəfər xilas edilib və 26 nəfər təxliyə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31