Silsilə oğurluqla məşğul olan şəxs saxlanıb

Ağdaş rayonunda mağazadan oğurluq etmiş şəxs ifşa edilib. DİN-dən verilən məlumata görə, Ağdaş RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Vahid Şıxalıyevə məxsus mağazadan pul və ərzaq məhsulları oğurlamış həmyerlisi Qədir Abdullayev saxlanılıb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha bir evdən məişət əşyaları oğurlaması da müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31