Qadına qarşı soyğunçuluq edən özünü bıçaqladı
22 Fevral 2016 15:54 KriminalFevralın 17-də Şirvan şəhərində şəhər sakini Günel Ağayevanın 230 manatını soyğunçuluq yolu ilə almış şəxsin kimliyi müəyyən edilib. DİN-dən verilən məlumata görə, hadisəni törədən əvvəllər məhkum olunmuş Pərviz Muradov fevralın 19-da polis əməkdaşlarının ona yaxınlaşdığını gördükdə bıçaqla özünə qarın nahiyəsindən daxilə nüfuz etməyən xəsarət yetirib. P.Muradov xəstəxanaya yerləşdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31