Mağazadan 80 manat aparan qadın saxlanıb

Binəqədi rayonunda baş vermiş oğurluq hadisəsinin üstü açılıb. DİN-dən verilən məlumata görə, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 13-də Samirə Nağdəliyevaya məxsus mağazadan 80 manatı soyğunçuluq yolu ilə aparmış Bakı şəhər sakini Ləman Əlizadə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31